Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib.
"Day.az"ın məlumatına əsasən A.Qasımov bildirib ki, iclasda iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq əlifba sırası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər: "Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub".