“Azərkosmos” “CaspianSAT” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” “CaspianSAT” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

12 Oktyabr, 11:51 Sosial mediada paylaşın:

“Azərkosmos” ASC və dənizdə rabitə xidmətləri təklif edən “CaspianSAT” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ASC-dən bildirilib ki, müqaviləyə əsasən, “CaspianSAT” şirkəti “Azerspace-1” və “Azerspace-2” peyklərinin resurslarından istifadə edərək Xəzər, Qara və Azov dənizləri, Körfəzdə, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı rabitə təqdim edəcək.

Bu ilin oktyabrından etibarən artıq “CaspianSAT” platforması üzərindən “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə peyk interneti, telefoniya və televiziya yayımı kimi əsas telekommunikasiya tələblərini əhatə edən həllər və gəmilərdə bir sıra digər əlavə xidmətlər həyata keçirilir.

Qeyd edək ki, 2014-cü ildən bəri fəaliyyət göstərən, Azərbaycan şirkəti olan “CaspianSAT” Xəzər dənizində gəmilərə və qurğulara peyk telekommunikasiya xidmətlərinin təqdim edilməsi sahəsində ixtisaslaşıb. “CaspianSAT”ın təqdim etdiyi həllər ənənəvi kommunikasiya mümkün olmayan və ya çətinliklə əmələ gələn yerlər üçün nəzərdə tutulub.

CANLI YAYIM