Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var

Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var

11 Oktyabr, 19:55 Sosial mediada paylaşın:

Gürcüstanın sentyabrın sonuna olan dövlət borcunun həcmi açıqlanıb. Cari il sentyabrın 30-na olan məlumata görə, Gürcüstanın 5 milyard 355,7 milyon dollar xarici dövlət borcu var. Bu da əvvəlki ayla müqayisədə 31,8 milyon dollar azdır.

AZTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında deyilir.

Bildirilir ki, qonşu ölkənin Azərbaycana olan dövlət borcu avqust ayı ilə müqayisədə dəyişməyib və sentyabrın 30-na 6,87 milyon dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın ümumi dövlət borcunun 5,15 milyard dolları hökumətin xarici borcudur.

 

 

CANLI YAYIM