Prezident İlham Əliyev İspaniya Kralını təbrik etdi

Prezident İlham Əliyev İspaniya Kralını təbrik etdi

11 Oktyabr, 17:53 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeni təbrik edib.

Təbrikdə deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

CANLI YAYIM