“Azərbaycan mənzərələri” fotoqraf Aleksandr Karyaginin gözü ilə...

10 Oktyabr, 12:41 Sosial mediada paylaşın:

“Art Tower” qalereyasında “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatının və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə fotoqraf Aleksandr Karyaginin “Azərbaycan mənzərələri” adlı foto-sərgisi və “Art Tower” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin açılış mərasimi keçirilib.

AZTV.AZ xəbər verir ki, sərgidə nümayış olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir.

Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar Azərbaycanı yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması isə foto sənətinə marağı artırmaq və fotoqrafiyanın əsaslarını öyrənərək peşəkar fotoqrafların hazırlaması məqsədini güdür.