Qafqazın general-mayor rütbəli yeganə hərbi topoqrafı - BU GÜN “TARİXİN İZİ İLƏ”də

10 Oktyabr, 11:22 Sosial mediada paylaşın:

Bu gün efirə gedəcək "Tarixin izi ilə" verilişində Qafqazda hərbi topoqrafiya sahəsi üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət İbrahim Ağa Vəkilovdan danışılacaq. Verilişdə tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, hərbi tədqiqatçı Şəmistan Nəzirli, hüquqşünas Səməd Vəkilov, İbrahim Ağa Vəkilovun nəvəsi Leyla Vəkilova, nəticəsi Alimə Osmanzadənin maraqlı söhbətlərini eşidəcəksiniz.

Saat 13:00-da Azərbaycan Televiziyasının efirində Mahir Qəribovun təqdimatında "Tarixin izi ilə" verilişinə baxmağı unutmayın!