Daha iki rayona gecə reysi ilə getmək mümkün olacaq

Daha iki rayona gecə reysi ilə getmək mümkün olacaq

10 Oktyabr, 11:04 Sosial mediada paylaşın:

18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.

Bu barədə AZTV.AZ-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək.

- Bakı - Mingəçevir - 23:30
- Mingəçevir - Bakı - 01:00
- Bakı - Şəki - 23:30
- Şəki - Bakı - 23:30

Biletlər bu gündən satışdadır.

“Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər”, - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı, Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.

CANLI YAYIM