Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu gün dünya əhalisinin 2 milyardı kanalizasiya suları qarışmış su içir. Bu vəziyyət insanların xolera, dizenteriya, tif və s. xəstəliklərə yoluxması ilə nəticələnir. ÜST dünyada xəstəliklərin ən çox suda yarandığı və su ilə yayıldığı qənaətindədir.
Ölkəmizdə isə əhalinin keyfiyyətli su ilə təmin olunması üçün ardıcıl tədbirlər, "Azərsu" ASC tərəfindən proqramlar həyata keçirilir, beynəlxalq standartlar öyrənilir və tətbiq edilir.
İçməli suyun keyfiyyəti, təbii olaraq, hər birimizi düşündür. Son illərdə qapımızı tez-tez döyən su filtri satışı ilə məşğul olan şirkətlər isə bu narahatlıqdan öz biznes maraqları üçün istifadə etməyə çalışırlar.
Bəs onların analizləri nə qədər obyektivdir? Bu suala "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində aydınlıq gətirib.