DİM-də elmi-metodiki seminarlar keçirilir

DİM-də elmi-metodiki seminarlar keçirilir

9 Oktyabr, 14:31 Sosial mediada paylaşın:

Bu gündən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) 2020-ci ilin buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı fənlər üzrə elmi-metodiki seminarlar başlayıb.

AZTV.AZ xəbər verir ki, seminarlar 15 fənn üzrə həyata keçirilir. İndiyə qədər paytaxtda 272, regionlarda isə 10 rayonda bu cür 60 seminar təşkil olunub. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə seminarların ictimaiyyətə açıq olduğunu və hər kəsin qeydiyyatdan keçərək prosesdə yaxından iştirak edə biləcəyini deyib.

Vurğulanıb ki, seminarda respublikanın ümumtəhsil müəssisələrində isitifadə olunan dərsliklərin monitorinqi də aparılır.

Məleykə Abbaszadə bu prosesə daha çox insanın qoşulmasının lazım olduğunu deyib.

CANLI YAYIM