Bakıda 24 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

9 Oktyabr, 13:16 Sosial mediada paylaşın:

10 oktyabrda Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZTV.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-23, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında oktybarın 10-da hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Oktyabrın 10-da Abşeron yarımadasında gündüz saatlarında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.