Məcburi köçkünlər üçün bu ərazilərdə yaşayış kompleksləri salınır - SİYAHI

Məcburi köçkünlər üçün bu ərazilərdə yaşayış kompleksləri salınır - SİYAHI

8 Oktyabr, 21:13 Sosial mediada paylaşın:

“Hazırda qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış komplekslərinin yaradılması istiqamətində işlər aparılır”.

Bunu AZTV.AZ-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Sədr müavini bildirib ki, paytaxtla yanaşı, bölgələrdə də belə komplekslərin yaradılması prosesi intensiv şəkildə davam etdirilir.

“Cari ilin sonunadək Şirvan, Kürdəmir, Ucar, Göygöl, Göyçay, Ağcəbədi, Füzuli rayonlarında qaçqın və məcburi köçkün soydaşlarımız üçün qəsəbələr və hündürmərtəbəli yaşayış kompleksləri istifadəyə veriləcək. Ümumilikdə, Prezident İlham Əliyevin tapşırığına əsasən, il ərzində 6 min məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur”, - deyə F.Hüseynov bildirib.

Məlumat üçün bildirək ki, bu gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

CANLI YAYIM