“Qobu Park-2”də 1300 məcburi köçkün ailəsi məskunlaşıb - AÇIQLAMA

“Qobu Park-2”də 1300 məcburi köçkün ailəsi məskunlaşıb - AÇIQLAMA

8 Oktyabr, 17:57 Sosial mediada paylaşın:

 

“Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksi 1300 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Kompleks özəl sektordan olan bir neçə şirkət tərəfindən həmin şirkətlərin korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində inşa edilib”.

Bunu AZTV.AZ saytına açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.

F.Hüseynov deyib ki, yaşayış kompleksi 9 hektar ərazidə yerləşir: “Həmin ərazinin 2,2 hektarında istirahət parkı salınıb, 11 minə yaxın müxtəlif növ ağaclar əkilib, abadlaşdırma, yaşıllaşdırma işləri aparılıb, eyni zamanda 780 şagird tutumlu məktəb, 220 yerlik uşaq bağçası istifadəyə verilib.

Bundan başqa, ərazidə müxtəlif sosial-texniki infrastruktur da nəzərdə tutulub. Belə ki, kompleksin daxilində icma mərkəzi, poliklinika və iaşə mərkəzləri qurulub”.

Sədr müavini bildirib ki, bu kompleksin tikintisi dövlətimizin, onun ali rəhbərliyinin qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinə həssas münasibətinin, diqqət və qayğısının növbəti təzahürüdür.

F.Hüseynov həmçinin qeyd edib ki, eyni ərazidə “Qobu Park-3” yaşayış kompleksinin tikintisi intensiv şəkildə davam etdirilir və növbəti ilin mart ayınadək kompleksin istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər.

CANLI YAYIM