"Lüfthanza" Bakını "ayın şəhəri" elan edib

"Lüfthanza" Bakını "ayın şəhəri" elan edib

7 Oktyabr, 20:17 Sosial mediada paylaşın:

İlin 9 ayında Azərbaycana 2 milyon 400 mindən çox turist gəlib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.6 % çoxdur. Bu isə ölkəmizdə turizm sektorunun davamlı inkişafı ilə yanaşı, Azərbaycanın əsarərngiz təbiətinin, mədəniyyətinin və qədim tarixinin olması ilə də birbaşa bağlıdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, qədimiliklə müasirliyin harmoniyasını özündə mükəmməl birləşdirən paytaxt Bakı öz füsunkarlığına görə Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan "Lüfthanza" tərəfindən ayın şəhəri seçilib.

"Azərbaycan "Odlar yurdu", Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi olan Bakının gecə mənzərəsi isə hər zaman hərəkətdə olan, bir növ alovlanan şəhərdir". Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan "Lüfthanza" bu qənaətdədir. Bakını ayın şəhəri seçən aviaşirkət öz səhifəsində İçərişəhəri labirintə bənzədib, yeni və köhnə memarlıq abidələrinin Bakıya xüsusi gözəllik verdiyini, Şərqlə Qərbin sintezini yaratdığını bildirib. Heydər Əliyev Mərkəzi isə Azərbaycan cəmiyyətinin müasirləşməsinin simvolu kimi dəyərləndirilib.  Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran "Lufthansa öz müştərilərini əsrarəngiz Odlar Yurduna gəlməyə dəvət edib.

Əsarərəngiz təbiəti, iqlimi, zəngin mədəniyyəti və qədim tarixi olan Azərbaycan isə dünyanın diqqətini bütün bunlarla yanaşı, tolerant mühiti, sabitliyi ilə də çəkir. Bu faktorların nəticəsidir ki, ilin 9 ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən 2 milyon 400 mindən çox turist gəlib.

Qış turizminə hazırlıq da davam edir. Bunun üçün marketing araşdırmaları aparılıb, əvvəlcədən seçilmiş 12 prioritet bazarda təbliğat kampaniyalarına başlanılıb. Müxtəlif ölkə nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycana media-info turlar təşkil edilib.

 

Səmayə Quliyeva

 

CANLI YAYIM