Pomidor ixracı artıb

Pomidor ixracı artıb

7 Oktyabr, 20:09 Sosial mediada paylaşın:

Ölkəmizdə qeyri-neft sektrounun inkişaf etdirilməsi istiqamətində görülən işlər nəticəsində son bir neçə ildə ixrac məhsullarının sırasında qeyri-neft məhsullarının həcmi yüksəlməkdədir. Ölkəmizdə yetişdirilən kənd təsərrüfatı məhsullarına xarici bazarlarda artan tələbat da bu baxımdan öz sözünü deyir. Təkcə bu ilin 8 ayı ərzində xaricə 141 mln  500 min manatlıq pomidor satılıb. Bu işdə biləsuvarlı fermerlərin də öz payı var.

Son illər sahibkarlar pomidor istehsalına xüsusi maraq göstərirlər. Biləsuvarda bu mövsüm 504 hektar sahədə pomidor becərilib. 2500 tondan çox məhsul yığılıb. Bu sahə üzrə ixtisaslaşan rayon fermerləri pomidor sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsul istehsalını yüksəltmək üçün becərmədə mütərəqqi üsulların tətbiqinə də başlayıblar.

Biləsuvarda müasir təsərrüfatlar əsasən rayonun Səmədabad kəndində salınıb. İndiyədək istifadəsiz qalan torpaqları əkinə cəlb edən fermerlər, həm də torpaqlardan maxsimum səmərəli istifadənin əsasını qoyublar. Arpa biçiləndən sonra eyni ərazidə təkrar əkin aparılaraq pomidor yetişdirilib. Amma zəhmətkeşlər bununla da kifayətlənmək fikrində deyillər. Təkcə son bir ildə 2 min hektara yaxın istifadəsiz torpaq əkinə yararlı vəziyyətə gətirilib. Təsərrüfatçılar ikinci əkinlə kifayətlənmək fikrində deyillər.

Pomidor əkini ilə məşğul olan biləsuvarlı fermerlər mövsüm ərzində xarici bazarlar min tona yaxın pomidor məhsulu çıxarıblar. 

İstixanalarda yetişdirilən məhsulun oktyabr-dekabr aylarından satışa çıxarılmağa başladığını nəzərə alsaq, ilin sonunadək pomidor ixracının həcminin daha da artacağı şübhəsizdir. 

 

Elman  Əliyev

CANLI YAYIM