Xaldan-Şəki yolu yenidən qurulur

7 Oktyabr, 19:21 Sosial mediada paylaşın:

Ölkəmizin yol infrastrukturunun yenidən qurulması davam etdirilir. Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun  40 kilometr uzunluğu olan Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq ötən il istifadəyə verilib. Hazırda isə yolun Xaldan-Şəki hissəsi yenidən qurulur. Bu yol Gürcüstana, eləcə də əks istiqamətdə yük və sərnişin daşınmasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına da müsbət təsir edəcək.

164 km uzunluğu olan və əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstana, eləcə də əks istiqamətdə yük və sərnişin daşınmasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.

58 km uzunluğunda olan Yevlax, Zaqatala,Gürcüstan magistral avtomabil yolunun üzərində, ümumilikdə 8 körpünün inşası planlaşdırılır ki, hal hazırda həmin körpülərin 4-də işlər davam edir. Ümumilikdə 66 və 70 metr uzunluğunda olacaq körpülər 3 aşırımlı olaraq tikiləcək. Bu körpülərdə görülən işlərin həcmi 32 faizdir.

Körpülər Alıcançay, Şirvan kanalı və Dəhnəçay üzərində inşa olunacaq. Bundan başqa, yolboyu tikilməsi nəzərdə tutulan 108 suötürücünün 66-ı artıq hazırdır. 7 yeraltı keçidin də 3-də tikinti işləri yekunlaşıb.

Yolboyu 32 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.

 

Nigar Davudova