Kürə minlərlə nərə balığı buraxıldı

Kürə minlərlə nərə balığı buraxıldı

7 Oktyabr, 15:22 Sosial mediada paylaşın:

Neftçalada Kür çayına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və “Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə körpə nərə balıqları buraxılıb.

ETSN-dən AZTV.AZ-a verilən məlumata görə, “Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş, çəkisi 40 qramadək olan minlərlə balıq xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.

Qeyd edək ki, oktyabr ayının sonunadək ümumilikdə 30 minədək körpə balığın Kür çayına buraxılması planlaşdırılır. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırılmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir.

 

CANLI YAYIM