Tbilisidə "Azerbaijan.Travel" qonaq mərkəzi açılıb - VİDEO

Tbilisidə "Azerbaijan.Travel" qonaq mərkəzi açılıb - VİDEO

5 Oktyabr, 21:59 Sosial mediada paylaşın:

Tbilisidə "Azerbaijan.Travel" qonaq mərkəzi açılıb. Mərkəz görüntü və informasiyalarla yanaşı, turlar və səfərlər haqqında məlumat verə bilən, hətta bilet sifarişi ilə də məşğul olan turizm agentliyi rolunu oynayacaq.

Azərbaycanla Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələri birləşdirir. Bu münasibət həm də turizm sahəsinin inkişafında özünü göstərir. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Tbilisidə "Azerbaijan.Travel" qonaq mərkəzinin açılışında belə dedi:

"Azerbijan.Travel" qonaq mərkəzi Gürcüstanda Azərbaycanın turizm imkanlarının təbliği və bu ölkənin turizm potensialından istifadə baxımından da önəmli rol oynayacaq. Gürcüstana il ərzində 6 milyondan çox əcnəbi turist gəlir. Azərbaycana gələn turistlərin 22 faizini Gürcüstan vətəndaşları təşkil edir. Biz Tbilisidə belə bir mərkəz açmaqla həm Gürcüstan ilə turizm sahəsində əməkdaşlığımızı genişləndirəcəyik, həm də ölkəmizə turist axınını gücləndirəcəyik”.

Azərbaycanın çoxsaylı səbəblərə görə ideal ölkə olduğunu qeyd edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid isə iki ölkə arasında vizasız rejimin turistlərin sayına müsbət təsir etdiyini dedi. Florian Zenqstşmid onu da vurtğuladı ki, Azərbaycan turizmin ümumdaxili məhsula yüksək töhfələr verdiyi ölkələr siyahısına daxil olmağı qarşısına məqsəd qoyub. Növbəti 10 il ərzində bu töhfə illik 6 faiz olacaq ki, bununla da Azərbaycan dünya turizm sektorunda ilk 20-likdə qərarlaşacaq. Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili isə vurğuladı ki, Tbilisidə açılan qonaq mərkəzi ölkələrimiz arasında iqtisadi, xüsusən də turizm sahəsində münasibətlərin inkişafında mühüm rol oynayacaq.

 

Şahismayıl Şəmmədoğlu

Tbilisi, Gürcüstan

CANLI YAYIM