"Euronews" telekanalı Nəsimi Festivalı haqqında reportaj yayımlayıb - VİDEO

"Euronews" telekanalı Nəsimi Festivalı haqqında reportaj yayımlayıb - VİDEO

5 Oktyabr, 21:33 Sosial mediada paylaşın:

"Euronews" telekanalı ölkəmizdə artıq ikinci dəfədir keçirilən və dahi şair İmadəddin Nəsimiyə həsr olunan Festival haqqında geniş reportaj yayımlayıb.

Reportajda bildirilir ki, Şərqin dahi şair və mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin yaradıcılığına həsr edilən, şeir və sənətin yaşadılması məqsədini daşıyan festival Azərbaycanda ikinci dəfədir təşkil olunub. Vurğulanır ki, genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir: sənətçilər, filosoflar, musiqiçilər və müxtəlif ölkələrin qirayətçiləri Bakıda bir araya gəldi.

Reportajda yeni kitabını təqdim edən alman yazıçısı və Nəsimi sənətinin tədqiqatçısı Mixael Hessin fikirlərinə də yer ayırlıb.  Qeyd olunur ki, Nəsiminin mürəkkəb düşüncələri qısa və gözəl şəkildə çatdırmaq bacarığı gənc şairləri ilhamlandıra bilər.

Diqqətə çatıdırlır ki, tədbirlərin bir hissəsi Nəsiminin vətənində - Şamaxıda baş tutub. Festival zamanı Bakıdakı İçərişəhərdə isə yerli sənətkarların konsertləri təşkil olunub. Müəllif Akademik Milli Dram Teatrında səhnəyə qoyulan qeyri-adi tamaşanın şahidi olduğunu da yazır.

Süjetdə Fransa, Çin və Almaniyadan olan musiqiçilərin də fikirləri yer alıb. Musiqi, poeziya və rəsm sənət adamlarını bir araya gətirir. Nəsimi festivalına olan maraq belə izah edilir.

 

Səidə Şəfiyeva

CANLI YAYIM