Qisası alınan əməliyyatdan 30 il keçdi

Qisası alınan əməliyyatdan 30 il keçdi

25 Yanvar, 14:17 Sosial mediada paylaşın:

“Daşaltı əməliyyatı”ndan 30 il ötür.

Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub. Azərbaycan Ordusu xeyli sayda itki verib.

Əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini də  işğaldan azad edib. 2020-ci ilin noyabrın 9-da - 28 ildən sonra “Daşaltı əməliyyatı”nın qisası alınıb.

CANLI YAYIM