Azərbaycanda daha 757 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 757 nəfər COVID-19-a yoluxub

24 Yanvar, 18:41 Sosial mediada paylaşın:

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 757 yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 634 min 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 min 594 nəfər müalicə olunaraq sağalıb, 8 min 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 275 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 145, bu günə qədər isə ümumilikdə 6 milyon 70 min 424 test icra olunub.

CANLI YAYIM