Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib

24 Yanvar, 14:13 Sosial mediada paylaşın:

Azərbaycan ilə Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənədə əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

CANLI YAYIM