Həzi Aslanovun dəfni – AzTV-nin arxivindən nadir kadrlar

Həzi Aslanovun dəfni – AzTV-nin arxivindən nadir kadrlar

24 Yanvar, 13:01 Sosial mediada paylaşın:

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı, general-mayor Həzi Aslanovun vəfatından 77 il keçir.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb, 23 saat sağ qalıb, Moskvaya müalicəyə aparılarkən yolda vəfat edib.

Onun nəşi Azərbaycana, Bakıya gətirilib, Şəhidlər xiyabanında dəfn edilib.

“AzTV Tarix” yutub kanalında general-mayorun nəşinin Azərbaycana gətirilməsi, onunla vida mərasimi və dəfnini özündə əks etdirən arxiv kadrlar yayımlanıb.

Sözügedən kadrlara yuxarıdakı videoda baxa bilərsiniz.

CANLI YAYIM