Vaksin vurduranların sayı açıqlanıb

Vaksin vurduranların sayı açıqlanıb

21 Yanvar, 17:09 Sosial mediada paylaşın:

Yanvarın 21-də Azərbaycanda 8 471 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, “buster” doza ilə peyvənd olunanların sayı isə 6 976 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 765 min 37, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 209 min 461, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 724 min 359 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 831 min 217 nəfər təşkil edir.

CANLI YAYIM