Muğanlı-İsmayıllı yolunda, Ağsu dolaylarında avtomobillərin hərəkəti bərpa edilib

Muğanlı-İsmayıllı yolunda, Ağsu dolaylarında avtomobillərin hərəkəti bərpa edilib

21 Yanvar, 15:05 Sosial mediada paylaşın:

Ötən gün səhər saatlarından Şamaxı, Ağsu, İsmayıllı rayonlarına yağan qar səbəbindən Muğanlı-İsmayıllı, eləcə də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürücülər üçün çətinliklər yaranmışdı.

Əraziyə dərhal cəlb edilən yol idarəsinin canlı qüvvəsi və texnikası yolun hərəkət hissəsində olan qarı təmizləyərək sürücülərin hərəkətini bərpa ediblər.

Ötən gün axşam saatlarında bölgədə qarın yağması dayansa da, havanın şaxtalı olması sözügedən yolların buzlaşması ilə nəticələnib. Buzlaşma səbəbindən bu gün səhər saatlarında Muğanlı-İsmayıllı, həmçinin Ağsu dolaylarında sürücülərin hərəkətində bir qədər çətinlik yaranıb. Yol İstismar İdarəsinin əməkdaşlarının buzlaşma olan ərazilərə duz və qum səpməsi, eləcə də havanın günəşli keçməsi yolun tam açılmasına səbəb olub.

Hazırda Muğanlı–Ağsu, Muğanlı-İsmayıllı yolunda yağıntı yoxdur. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək, nəqliyyat vasitələrinin hərəkəti təmin edilir.

Axşam saatlarında doğru yolun çiyin hissələrində olan qar qatının əriməsi və yolun yenidən buz bağlamasını nəzərə alsaq, sürücülərin bu yollardan istifadə etməsi məsləhət görülmür.

CANLI YAYIM