Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

20 Yanvar, 18:49 Sosial mediada paylaşın:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 784 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 651, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 514 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 756 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 208 739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 723 586, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1 824 241 təşkil edir.

CANLI YAYIM