Bölük komandirləri ilə təlim toplanışları keçirilib

Bölük komandirləri ilə təlim toplanışları keçirilib

17 Yanvar, 14:54 Sosial mediada paylaşın:

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən, hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.

Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

CANLI YAYIM