COVID-19-a yoluxmuş 9 nəfər vəfat edib

COVID-19-a yoluxmuş 9 nəfər vəfat edib

12 Yanvar, 17:18 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 888 nəfər müalicə olunaraq sağalıb, 8 480 nəfər vəfat edib, aktiv xəstə sayı 7 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 746, ötən müddət ərzində isə ümumilikdə 5 968 349 test aparılıb.

CANLI YAYIM