Azərbaycana 1 milyon dozadan çox “Pfizer” vaksini gətirildi

Azərbaycana 1 milyon dozadan çox “Pfizer” vaksini gətirildi

12 Yanvar, 16:20 Sosial mediada paylaşın:

2021-ci ilin dekabrında Azərbaycana növbəti dəfə koronavirus (COVID-19) əleyhinə istifadə edilən "Pfizer/Biontech" vaksini gətirilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Qeyd olunub ki, ötən ilin sonunda ölkəyə 1 milyon 344 min 330 doza "Pfizer" peyvəndi gətirilib.

Məlumata əsasən, yeni gətirilmiş "Pfizer" vaksinlərinin istifadə müddəti 2022-ci ilin martın 22-nə qədərdir.

Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.

CANLI YAYIM