Kəlbəcərdə şəhid olan hərbçimiz torpağa tapşırıldı

Kəlbəcərdə şəhid olan hərbçimiz torpağa tapşırıldı

12 Yanvar, 15:25 Sosial mediada paylaşın:

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Ayaz Nəzərov anadan olduğu Tovuz rayonunda dəfn edilib.

Şəhid hərbçi Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

CANLI YAYIM