Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanıldı

Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanıldı

12 Yanvar, 11:14 Sosial mediada paylaşın:

İşğaldan azad edilmiş, lakin mina və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisinə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Goranboy rayon sakinləri olduqları müəyyən edilib. Xəbərdarlıqlara baxmayaraq mina və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

CANLI YAYIM