Ermənistanın Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlanıb

Ermənistanın Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlanıb

12 Yanvar, 10:34 Sosial mediada paylaşın:

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə törətdiyi təxribatla bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

CANLI YAYIM