Rəsmi Bakı: Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik

Rəsmi Bakı: Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik

11 Yanvar, 20:03 Sosial mediada paylaşın:

Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı ilə bağlı bəyanat yayıb.

XİN-in Mətbuat Xidməti İdarəsindən verilən xəbərə görə, Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub: "Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik. İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah şəhidimizə rəhmət eləsin!".

CANLI YAYIM