“Formula-1” üzrə Azərbaycan Qran-prisinin 5-ci mövsümündə yeniliklər olacaq

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin 5-ci mövsümündə yeniliklər olacaq

3 Oktyabr, 17:23 Sosial mediada paylaşın:

“Formula-1” üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib”.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Belə ki, 2019-cu ildə keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi kommersiya baxımından bundan əvvəl təşkil edilən yarışlardan fərqlənib. Bu il 4-cü dəfə təşkil edilən sürət yarışında əldə edilən gəlirin məbləği 50 faiz artıb. Bu artım izləyici auditoriyasında da müşahidə olunub.

Ötənilki yarış barədə dünya mediasında 37 mindən çox məqalə dərc olunub. Bunun media dəyəri isə 131 milyon dollara bərabərdir. Növbəti ildə keçiriləcək Qran-pridən gözləntilər isə daha böyükdür. Artıq hazırlıqlar başlayıb. Biletlərin satışa çıxarılacağı vaxt da məlumdur. Yarışı izləmək istəyənlər oktyabrın sonundan bilet ala bilərlər. Növbəti il üçün sürət həvəskarlarını bir sıra yeniliklər gözləyir.

Mümtaz Xəlilzadə

CANLI YAYIM