Qazaxıstanda iğtişaşlar: 1000-dən çox insan yaralandı

Qazaxıstanda iğtişaşlar: 1000-dən çox insan yaralandı

6 Yanvar, 14:12 Sosial mediada paylaşın:

Qazaxıstanda kütləvi iğtişaşlar davam edir.

Nəticədə 1000-dən çox insan xəsarət alıb. Səhiyyə Nazirliyinin məlumatına görə, yaralanan 400 nəfər xəstəxanalara yerləşdirilib. Almatıda etirazçılarla qarşıdurmalar zamanı hüquq-mühafizə orqanlarının 350-dən çox əməkdaşı xəsarət alıb, 13 nəfər həlak olub. Ölkədəki vəziyyətlə əlaqədar Prezident Kasım-Jomart Tokayev hökumətə bir sıra tapşırıqlar verib. Belə ki, hadisələrin səbəblərinin araşdırılması, ictimai asayişin və sabitliyin pozulmasında təqsirli olan hər kəsin cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi istintaq qrupu yaradılacaq.

Bundan əlavə, talançıların vurduğu ziyanı hesablamaq məqsədilə komissiya təşkil olunacaq.

Ən ağır vəziyyət Almatıda yaşanır. Ötən gecə keçmiş paytaxtda inzibati binalar və polis departamenti hücuma məruz qalıb. Asayiş keşikçiləri onlarla şəxsi zərərsizləşdiriblər. Şəhərdə internet və mobil rabitə əlaqəsi kəsilib. İğtişaşlarla əlaqədar ölkədə bütün maliyyə müəssisələri fəaliyyətini dayandırıb.

Prezident Kasım-Jomart Tokayevin müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana sülhməramlı qüvvələrini göndərib. Təşkilatın Baş Katibliyindən bildirilib ki, kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb. Rusiyadan olan kontingentin tərkibinə hava-desant qüvvələri daxildir.

CANLI YAYIM