Onları hamı tanımalıdır! - Şəhid media mənsublarının xatirəsinə ithaf olunmuş kitab

Onları hamı tanımalıdır! - Şəhid media mənsublarının xatirəsinə ithaf olunmuş kitab

27 Dekabr, 13:41 Sosial mediada paylaşın:

Azərbaycan mediasının şəhidlərinin xatirəsinə ithaf olunmuş kitab nəşr olunub.

“Səngər adamları” adlı kitabın təqdimat mərasimi “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin inzibati binasında keçirilib.

Kitabda müxtəlif media qurumlarının Qarabağ bölgəsində çalışan müxbir və operatorlarının fəaliyyəti ilə bağlı məlumatlar yer alıb. Məqsəd həm Birinci Qarabağ müharibəsində, həm atəşkəs dövründə, həm Aprel döyüşlərində, həm də İkinci Qarabağ müharibəsində informasiya cəbhəsində xidmət edən media mənsublarını ictimaiyyətə daha yaxından tanıtmaqdır.

“Səngər adamları” kitabında adları qeyd olunan media mənsublarının bəziləri illərdir Qarabağ bölgəsinə ezam olunmuş media təmsilçiləridir. Onlar arasına Azərbaycan Televiziyasının əməkdaşları da var.

Kitabda Qarabağ müharibəsinin şəhid jurnalistləri xüsusi vurğulanıb.

Sözügedən kitab gələcəkdə hərbi jurnalist olmaq istəyənlər üçün praktiki vəsait ola bilər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə baş tutan təqdimata tanınmış imza sahibləri, politoloqlar, deputatlar, media qurumlarının rəhbərləri, həmçinin müharibəni işıqlandıran jurnalistlər və şəhid media nümayəndələrinin yaxınları iştirak ediblər.

“Səngər adamları”nın ideya müəllifi BAMF-nin prezidenti Umud Mirzəyev, redaktorları Cahangir Məmmədli, Mübariz Piri, tərtib edəni Şöhrət Eyvazov, məsləhətçisi Rey Kərimoğludur.

Tədbirin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin binasında keçirilməsi də təsadüfi deyil. Bu televiziya kanalı bütün Azərbaycan jurnalistikasının tarixi məbədidir.

CANLI YAYIM