Azsaylı xalqların Prezidentlə görüşmüş ən yaşlı nümayəndələri AzTV-yə danışdı

Azsaylı xalqların Prezidentlə görüşmüş ən yaşlı nümayəndələri AzTV-yə danışdı

21 Dekabr, 15:12 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə bir neçə sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hazırlanmış filmlərdən biri olan “Xalqın sözü” mövzu fərqliliyi ilə diqqət çəkir.

Kinoproqramlar və dublyaj redaksiyasının istehsalı olan filmdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan yaşlı insanların, həmçinin azsaylı xalqların yaşlı nümayəndələrinin həyat hekayələri yer alıb. 88 yaşlı Aydın müəllim, 74 yaşlı fermer İldırım kişi, 87 yaşlı Xanımbacı nənə, 80 yaşlı Qriqori Smirnov və digərləri öz həyatları barədə danışıblar.

Onlar hər biri müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə görüşüblər və filmdə görüşlə bağlı təəssüratlarını bölüşüblər.

Çəkilişlər Quba, İsmayıllı, Balakən, Qax, Zaqatala, Lənkəran, Naxçıvan və digər bölgələrdə aparılıb.

Filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Nadir Diridağlı, quruluşçu operatoru Anar Dadaşov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri Elnur Məmmədovdur.

“Xalqın sözü” bu gün – dekabrın 21-i saat 21:00-da AzTV-də yayımlanacaq.

AzTV-nin yubiley münasibətilə hazırladığı filmlərdən biri isə “Prezidentin gəncləri” adlanır. Sənədli film artıq yayımlanıb. (https://www.youtube.com/watch?v=A_1YXiVxdeE)

Filmdə uşaqlığı və gəncliyi Ali Baş Komandanın ölkəyə rəhbərlik etdiyi dövrə, yəni 2003-cü ildən sonraya təsadüf edən Azərbaycan vətəndaşlarına vətənpərvərlik hisslərinin aşılanmasından, onlara göstərilən qayğıdan bəhs edilir.

“Prezidentin gəncləri”ndə Vətən müharibəsi iştirakçılarının müsahibələrinə yer verilib.

Filmin ssenari müəllifləri Mintac Elsevər və Anar Şuşalıdır. Quruluşçu rejissor Emil Babayev, rejissor Bəhruz Qədirovdur.

CANLI YAYIM