Daha 20 mina aşkarlandı

Daha 20 mina aşkarlandı

20 Dekabr, 16:17 Sosial mediada paylaşın:

İşğaldan azad edilən ərazilərdə daha 20 mina aşkarlanıb.

Minatəmizləmə Agentliyinin işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatına əsasən, dekabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 18 mina və 166 partlamamış hərbi sursat zərərsizləşdirilib. Nəticədə 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

CANLI YAYIM