İtaliya mətbuatı: Şevçenko "Milan"a qayıda bilər

2 Oktyabr, 15:48 Sosial mediada paylaşın:

İtaliya mətbuatı "Milan"ın baş məşqçi postuna əfsanəvi futbolçusu Andrey Şevçenkonun gətiriləcəyi ilə bağlı iddia irəli sürüb.

Məlumatda hazırda Ukrayna millisini çalışdıran veteran hücumçunun da bu təklifə müsbət yanaşdığı bildirilir. 43 yaşlı mütəxəssisin "Milan"da işləmək üçün iki şərt irəli sürdüyü qeyd olunur. Birincisi, o, yalnız noyabrdan sonra bu vəzifəyə keçməyə razıdır. Çünki ona qədər Ukrayna yığmasının Avro-2020-nin seçmə mərhələ oyunları var. İkincisi, Şevçenko bir müddət həm yığmada, həm də "Milan"da işləmək niyyətindədir.

Qeyd edək ki, Andrey Şevçenko 1999-2006-cı illərdə "Milan"da çıxış edib.