Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

3 Dekabr, 18:56 Sosial mediada paylaşın:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 846 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 639 817, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 091 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 583 569, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 964 613 təşkil edir.

 

CANLI YAYIM