Azərbaycanda daha 24 nəfər COVID-19-dan vəfat edib

Azərbaycanda daha 24 nəfər COVID-19-dan vəfat edib

3 Dekabr, 18:51 Sosial mediada paylaşın:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 593 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 999 nəfər müalicə olunaraq sağalıb, 7 929 nəfər vəfat edib, aktiv xəstə sayı 24660 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 211, ötən müddət ərzində isə ümumilikdə 5 578 401 test aparılıb.

CANLI YAYIM