FHN minatəmizləmə əməliyyatlarında ilk dəfə itlərdən istifadə edib

FHN minatəmizləmə əməliyyatlarında ilk dəfə itlərdən istifadə edib

3 Dekabr, 17:13 Sosial mediada paylaşın:

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

Minatəmizləmə əməliyyatları ilə bağlı mediatur təşkil edib.

İştirakçılar əvvəlcə Ağdam rayon Maqsudlu kəndində aparılan minatəmizləmə işləri ilə tanış olub. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlar və digər müharibə qalıqlarından təmizləməsi prosesinə digər dövlət qurumları ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.

2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar, əsasən, Ağdam və Füzuli rayonu istiqamətində - kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır.

Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qruplarının minatəmizləmə əməliyyatlarında ilk dəfə itlərdən istifadə edilib.

CANLI YAYIM