Elçin Quliyev helikopter qəzasında yaralanan hərbçilərə baş çəkib

Elçin Quliyev helikopter qəzasında yaralanan hərbçilərə baş çəkib

3 Dekabr, 12:33 Sosial mediada paylaşın:

Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanmış və hazırda DSX-nin hərbi hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, general-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət edib, onların səhhətləri ilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişi Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub. Onların sağlamlıqlarının bərpası və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

CANLI YAYIM