Bakıda sanitar-təmizlik günü olacaq

Bakıda sanitar-təmizlik günü olacaq

3 Dekabr, 10:42 Sosial mediada paylaşın:

Dekabrın 4-də paytaxtda ümumşəhər sanitar-təmizlik gününün keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, gün ərzində şəhərin prospekt və küçələri, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.

BŞİH paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir: “Gəlin, qalib ölkənin paytaxt sakinləri olaraq yeni ili təmiz şəhərlə qarşılayaq”.

CANLI YAYIM