Səməndər Rzayev və Məhluqə Sadıqovanın ilk aparıcıları olduğu “Bulaq” 50 yaşında

Səməndər Rzayev və Məhluqə Sadıqovanın ilk aparıcıları olduğu “Bulaq” 50 yaşında

2 Oktyabr, 11:30 Sosial mediada paylaşın:

Azərbaycan radio məkanının ən uzunömürlü verilişi - Azərbaycan Radiosunda efirə gedən “Bulaq” 50 yaşını qeyd edir.

AZTV.AZ xəbər verir ki, ilk dəfə 1969-cu ilin noyabr ayında “Xalq yaradıcılığı bulağı” adı ilə efirə çıxan veriliş 1970-ci ildən “Bulaq” adlandırılıb.

Azərbaycan Radiosunun “Xalq yaradıcılığı” redaksiyası tərəfindən hazırlanan verilişin redaktorları Tahir Talıblı və Əhməd Oğuz, aparıcıları isə Səidə Quliyeva və Səməd Hətəmovdur.

Xalq yaradıcılığı nümunələrinin araşdırılması, toplanması və təqdim olunması missiyasını həyata keçirən veriliş hər həftənin bazar günü saat 19:30-da yayımlanır.

Qeyd edək ki, verilişin ilk aparıcıları Azərbaycan teatr və kino aktyoru, qiraət ustası Səməndər Rzayev və Azərbaycan SSR Xalq Artisti Məhluqə Sadıqova olub.

CANLI YAYIM