İnterpol keçmiş erməni nazirləri axtarır

İnterpol keçmiş erməni nazirləri axtarır

3 Dekabr, 10:32 Sosial mediada paylaşın:

Ermənistan ordusunda ağır cinayətlər törədərək gizlənən sabiq müdafiə nazirlərinin İnterpol tərəfindən axtarışları davam edir.

Keçmiş müdafiə naziri Arşak Karapetyan cəmi 3 ay müddətində Ermənistan ordusuna rəhbərlik edərkən Baş nazir Nikol Paşinyanla aralarında bir neçə dəfə fikir ayrılığı yaranıb. Karapetyan ərzaq anbarına nəzarəti Ermənistan vətəndaşlığı olmayan yaxın adamına tapşırıb. Ermənistanın keçmiş müdafiə nazirinin özünün də iki vətəndaşlığı olub. Vaxtilə Arşak Karapetyan Paşinyana məlumat vermədən Azərbaycanın Qarabağ bölgəsinə səfər edib ki, bu da Paşinyanı hiddətləndirib və onu dərhal vəzifəsindən kənarlaşdırıb.

Ermənistan ordusunun bir çox yüksək vəzifəli şəxsləri və generallarının ikili vətəndaşlığı olub. Bunlardan biri də müxtəlif ağır cinayətlərdə şübhəli bilinən keçmiş müdafiə naziri Mikayıl Arutunyandır. Keçmiş prezidentlər Robert Koçaryan və Xocalı cəlladı Serjik Sarkisyanla yanaşı, o da 1 mart terrorunun təşkilində ittiham olunur.

Keçmiş nazir, Xocalı cəlladlarından biri Haykaz Bağmanyan da İnterpol tərəfindən axtarışdadır.

CANLI YAYIM