Xarici işlər nazirləri Stokholmda nələri müzakirə edib?

Xarici işlər nazirləri Stokholmda nələri müzakirə edib?

2 Dekabr, 16:54 Sosial mediada paylaşın:

Stokholmda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri şurasının 28-ci iclası keçirilir.

Konfransda Azərbaycan da təmsil olunur. Tədbirin əsas mövzusu Avropada təhlükəsizlik məsələləri, o cümlədən pandemiya, miqrant böhranı və qitəni təhdid edən digər problemlərdir.

57 üzv ölkədən xarici siyasət idarələri rəhbərlərinin, həmçinin müşahidəçi qismində Kanada və ABŞ nümayəndələrinin iştirak etdiyi 2 günlük konfransda 3 panel iclasın keçirilməsi nəzərdə tutulur. Artıq başlayan 1-ci iclasda Cənubi Qafqazda sülh məsələsi gündəmə gətirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu regionda davamlı sülh üçün fürsət yarandığını deyib. Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri qrupun daimi üzvləri ilə birlikdə yeni reallıqlara əsaslanaraq prosesə töhfə verə bilərlər.

Tədbir çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bolqarıstanlı və finlandiyalı həmkarları ilə ikitərəfli görüşləri də olub. Görüşlərdə ölkələr arasında əlaqələr və bunun ikitərəfli münasibətlərin inkişafına təsiri müzakirə olunub.

Stokholmda GUAM-a üzv ölkələrin xarici işlər nazirləri də bir araya gələrək təşkilat çərçivəsində əməkdaşlığı təhlil ediblər. Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri ilə də görüşü planlaşdırılıb.   

CANLI YAYIM