Oxu, Vətənim, oxu!

Oxu, Vətənim, oxu!

2 Dekabr, 12:41 Sosial mediada paylaşın:

Viran edilən, dağıdılan, 30 il öncəki gözəlliyindən, güllü-çiçəkli, barlı-bağçalı həyətlərindən, tarixi abidələrindən, bir-birinə bənzəməyən gözoxşayan mülklərindən, yaşayış evlərindən əsər-əlamət qalmayan Qarabağım, Şərqi Zəngəzurum!

Sən təkcə doğma sakinlərinə deyil, sinəndə doğulan, dünyaya yayılan  nəğmələrə, muğamlara, könülləri vəcdə gətirən şərqilərə də həsrət qaldın. 44 günlük birlik, qəhrəmanlıq dastanımızın bir səhifəsi də məhz bu mili-mənəvi dəyərlərimiz - sənin dağında-daşında, qayanda, dağıdılan yurd yerlərimizdə səslənən nəğmələrimiz, xalq mahnılarımız oldu. Qılıncdan da kəsərli və təsirli olan bu könül harayları ürəklərdə qaynayıb dağlarda, daşlarda əks-səda verdikcə düşmənin bağrı çatlamazmı?! Məhz bu baxımdan ana televiziyamızın – AzTV-nin çox uğurlu layihəsi olan “Oxuyur Vətən”də səslənən nəğmələr, bayatılar, milli musiqilər, muğamlarımız bizim qürurumuza, sevincimizə, kövrək duyğularımıza çevrildi. Qələbə, böyük zəfər xəbərini necə həyacanla qarşılamışdıqsa, bax, o mahnıları da eyni könül çırpıntıları ilə ruhumuza çəkirik.

Şuşamız ermənilər tərəfindən işğala məruz qaldıqdan sonra Xalq şairi Bəxtiyar Vahabzadə qələmə aldığı şeirlərdə erməni cəlladlarının torpağımızda necə qan əkdiyini poetik dilə gətirib:

“Oxuma, bülbülüm, oxuma, Şuşan ağlar qalıb, şirin cəh-cəhinə dəm tutanın yox”.

“Boz qarğa bülbülə tay ola bilməz”.

“Vallah, inanmıram, bülbül nəğməsi hayların dilinə uyuşa bilməz”.

Çünki bülbülün hikmətini əliqanlı cani anlamaz. Bu yerlərin gül-çiçəyi də igidlərimizin qanı ilə sulanıb. Təbiət də halallıq sevir. Məhz bu halallıq da 44 gün ərzində igidlərimizin qoluna qüvvət verdi, ordumuzun, dövlətimizin, Ali Baş Komandanımızın əzminə çevrildi. Bir qərinəlik həsrətə, intizara, möhnətə son qoyuldu.

Suqovuşanda, Hadrutda, Füzulidə, Xudafərində, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda...“Oxuyur Vətən”in ifaçıları sözün əsl mənasında bir qəhrəmanlıq simfoniyası yaradırlar. Xudafərində Arazın sahilində dik bir qayanın başında Xalq artisti Mələkxanım Əyyubovanın oxuduğu “Qarabağ Azərbaycandır” mahnısının həm musiqisi, həm sözləri, Mələkxanımın ürəklə ifası bir dinləyici kimi məni çox həyacanlandırdı. Mahnının möhtəşəmliyi öz yerində, məni qorxudan müğənnimizin durduğu yer idi... Ayaqyalın dayansa da, hər an yıxıla bilərdi. Özündən bu barədə soruşanda kədər qarışıq bir təbəssümlə dedi: “İgidimiz Xudayar Yusifzadə “Gəldi xəyalıma öz gözəl yurdum...” oxuya-oxuya düşmənin belini qırdı və özü də şəhid oldu. İndi biz öz canımızdan qorxmalı deyilik. Arzum budur ki, bütöv Zəngəzurda ən uca dağ başında yenə elə qürur və ürəklə oxuyum, səsim bütün aləmə yayılsın: “Zəngəzur Azərbaycandır!..”

Mübariz Tağıyevin ifasında “Vətəndən pay olmaz”, Gülüstan Əliyevanın oxuduğu “Ey Vətən”, Arzu Ələsgərlinin  səsləndirdiyi “Vətən balladası”, Mənsum İbrahimov,  Azər Zeynalov, Fidan Hacıyeva, Ehtiram Hüseynov, Babək Niftəliyev, Gülyanaq və Gülyaz Məmmədovaların, eləcə də onlarla başqa müğənninin böyük şövq və məhəbbətlə, fəxrlə nəfəs verdikləri mahnılar məhz Qarabağımızın öz səsi və sevinci idi. “Sarı gəlin” xalq mahnısının musiqi sədaları altında rəqqas qızlarımızın o cətin şəraitdə gözəl rəqsi vaxtı ilə bu məşhur mahnımızı oğurlayıb adlarına çıxan haylara əslində bir mənəvi zərbədir. Bəli, yer üzünün düşməni olan erməni, sən bütün sahələrdə öz cavabını alırsan. Necə deyirdi Puşkin: “Sən oğru, sən kölə, sən ermənisən”.

İllərdir yağılar tərəfindən tapdalanan, xarabazara çevrilən, yandırılan yurd yerlərimizi əvvəlcə düşmənin zülmündən xilas etdik, yollarını abadlaşdırdıq, həyat üçün lazım olan obyektlərin bünövrəsini qoyduq. İndi bu doğma yerlərdə əsgərlərimizlə bərabər quruculuqla məşğul olan insanlarımız çalışırlar. Görün, “Oxuyur Vətən”in sədası onlara necə gözəl təsir bağışlayır. Əlbəttə, bizə xoş gələn ermənini xar edər. Bax, bu fkirlə yaradılan uğurlu layihənin rəhbəri rejissor Elnur Qədirovu alqışlayıram. Oxuyan təkcə müğənnilərimiz deyil, onların səsində, nəfəsində məhz Vətənimiz oxuyur!

İllərlə erməni zülmündən donan, saralan, dağıdılan Qarabağımızı, Şərqi Zəngəzurumuzu nəfəsimizlə isidir, əllərimizlə sığallayır, səsimizlə vəsf edirik:

Nəğmə dolu bir ürəyəm,

Torpağına baş əyərəm,

Ey Vətən!..

Flora Xəlilzadə

Əməkdar jurnalist

CANLI YAYIM