Noyabrın 26-də Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra federasiyanın rəhbərliyinə yeni seçkilər keçirilib. Uzun illər federasiyada vitse-prezident vəzifəsində çalışan, eyni zamanda, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov səsvermə nəticəsində dörd il müddətinə federasiyanın prezidenti seçilib.
Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident seçiliblər.
Azərbaycan Şahmat Federasiyasının prezidenti və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər. Eyni zamanda, Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçiliblər.