Qazilər Bakı küçələrində “Zəfər” avtoyürüşündə

Qazilər Bakı küçələrində “Zəfər” avtoyürüşündə

25 Noyabr, 17:16 Sosial mediada paylaşın:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunmuş Qarabağ müharibəsi qazilərinin “Zəfər” avtoyürüşü təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib. Sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarları ziyarət edilib.

Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında yekunlaşıb.

CANLI YAYIM