Şəhid jurnalistin xatirəsini əbədiləşdirmək üçün bulaq istifadəyə verildi

Şəhid jurnalistin xatirəsini əbədiləşdirmək üçün bulaq istifadəyə verildi

25 Noyabr, 14:08 Sosial mediada paylaşın:

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini əbədiləşdirmək üçün bulaq istifadəyə verilib.

Şəhidin qardaşı Əsgər İbrahimov bildirib ki, bulağın məhz bu gün açılması təsadüfi deyil, çünki 25 noyabr Kəlbəcərin işğaldan azad olunduğu gündür: "Məhərrəm İbrahimov da Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışovla minaya düşərək şəhid olub".

Çıxış edənlər Məhərrəm İbrahimov ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən və jurnalist fəaliyyətindən söz açıblar. İnformasiya müharibəsində ön sıralarda olan Məhərrəm İbrahimov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

CANLI YAYIM